Washington Post: "Priqojin Putinə müharibədən narazılığını deyən yeganə şəxsdir" |
"Priqojin iddia edib ki, Beqlovun cinayətkar şəbəkəsi dövlət büdcəsini talamaq və korrupsioner məmurları zənginləşdirmək niyyətindədir. O, yəqin ki, Beqlovu və digər Sankt-Peterburq siyasətçilərini tənqid edərək bundan öz reputasiyasını daha da artırmaq üçün istifadə edir", - hesabatda yazılıb.
ISW xəbər verir ki, siyasətçilərə qarşı hücumlarla eyni vaxtda Priqojin Sankt-Peterburqda noyabrın 4-də açılacaq “Vaqner PPC Mərkəzi”nin yaradıldığını da elan edib.
"O vurğulayıb ki, mərkəzin yaradılması barədə Sankt-Peterburq administrasiyasına məlumat verməyib. Yerli hakimiyyət orqanları "Vaqner" ÖHŞ-nin işinə müdaxilə etmək üçün kifayət qədər samballı struktur deyillər", - hesabatda yazılıb.
Maraqlıdır ki, “Putinin aşpaz" özünün mərkəzi ilə bağlı problemləri olan yerli məmurları onu məhkəməyə verməyə çağırıb və Sankt-Peterburq filialının uğur qazanacağı təqdirdə yeni filiallar açacağını təklif edib.
Xatırladaq ki, fevralın 24-də rus qoşunları Ukraynaya genişmiqyaslı hücumlara başlayan zaman hərbi əməliyyatlarda iştirak edənlər arasında "Vaqner"in silahlı qrupları da oldu.
Qeyd edək ki, "Vaqner" ÖHŞ Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmələrdən ibarətdir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Suriya, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.
Tural Tağıyev
AzVision.az