Erol Ünal 35 il başını bir yastığa qoyduğu və çox sevdiyi həyat yoldaşı Firdevs Ünalla yan-yana ola bilmək üçün məzarlarını kənddəki bağçasında hazırlatdırıb. Məzar daşında "Yaxşı gündə də, pis gündə də bir yerdə olduq" sözlərini yazdıran ər hər gün orada yatır. O, sağlığında məzar qazdırmasını övladının olmaması və öləndən sonra kiməsə yük olmaq istəməməsi ilə izah edib.
"Həyat yoldaşım əvvəlcə könülsüz idi. Ancaq sonradan razılaşdı. Baxçamı çox sevdiyim üçün elə məzarlığı da burada hazırlatdım.
Taxtalar çürüyə bilər, ona görə də daşları mərmərdən düzəltdim ki, möhkəm olsun. Yorulanda qəbrimdə uzanıram və dincəlirəm”.
Şahanə Rəhimli
AzVision.az