Regekampf "Neftçi"dən gedir?

Regekampf    "Neftçi"dən gedir?
  01 Noyabr 2022    Oxunub:1194
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" klubunu çalışdıra bilər.
AzVision.az xəbər verir ki, bu barədə Rumıniyanın "Prosport.ro" portalı məlumat yayıb.

Regekampfın bu vəzifəyə əsas namizəd hesab olunduğu, 47 yaşlı mütəxəssisin isə keçmiş klubunun təklifini rədd etməyəcəyi bildirilib.

Xəbərdə qeyd olunub ki, bu keçidin gerçəkləşməsi üçün "Styaua" "Neftçi"yə Laurentsiunun müqaviləsində nəzərdə tutulan 350 000 avro ödəməlidir.

Qeyd edək ki, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nı çalışdıran Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

AzVision.az



Teqlər:





Xəbər lenti