Türkiyəli aktyor vəfat etdi

   Türkiyəli aktyor vəfat etdi
  02 Noyabr 2022    Oxunub:979
Türkiyəli aktyor Rıza Akın vəfat edib.
Bu barədə onun yaxınları sosial mediada yazıb. Bildirilib ki, aktyor 65 yaşında dünyasını dəyişib.

Ötən gün vəziyyəti pisləşən aktyor xəstəxanaya aparılıb. Bəlli olub ki, aktyorun beyninə qan sızıb. Dərhal əməliyyat olunan Akının müalicəsi reanimasiya şöbəsində davam etdirilsə də, bu gün səhər saatlarında həyatını itirib.

Qeyd edək ki, aktyor “Alev Alev”, “Kardeş payı”, “Maral”, “Cesur yürek”, “Can evim”, “Dayı”, “Kalp yarası” kimi seriallardakı rolları ilə yadda qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti