"Qarabağ"a yenə qalib gəlmək istəyirik"

"Qarabağ"a yenə qalib gəlmək istəyirik"
  02 Noyabr 2022    Oxunub:659
"Qarabağ"la ilk oyun çox gərgin keçdi. Onların hücum xəttində çox yaxşı oyunçuları var. Sabahkı oyunu səbirsizliklə gözləyirəm”.
AzVision.az xəbər verir ki, bu sözləri "Frayburq"un futbolçusu Yannik Kaytel Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Almaniyalı yarımmüdafiəçi Bakı səfərini səbirsizliklə gözlədiyini bildirib: "Hər gün Avropa Liqasında oynamırıq. Biz hər oyuna 100 faiz gücümüzlə çıxmaq istəyirik. Hansı formada oynamağımızın fərqi yoxdur. Oyunda qalib gəlmək istəyirik. Biz fiziki cəhətdən hazırıq. Yenidən qalib gəlmək üçün oynayacağıq. Bu, xüsusi səyahətdir. Mən heç vaxt Azərbaycanda olmamışam. Düşünürəm ki, digərlərinin çoxu da olmayıb. Ona görə də biz bu matçı həqiqətən səbirsizliklə gözləyirik".

AzVision.az


Teqlər:





Xəbər lenti