"The Sun"dan iddia: "Putin xərçəngə görə ağır steroid və ağrıkəsicilər vurur"

     "The Sun"dan iddia:   "Putin xərçəngə görə ağır steroid və ağrıkəsicilər vurur"
  02 Noyabr 2022    Oxunub:2201
Rusiya prezidenti Vladimir Putin mədəaltı vəzi xərçəngi və erkən mərhələdə olan Parkinson xəstəliyindən əziyyət çəkir.
AzVision.az xəbər ki, bu barədə Britaniyanın məşhur "The Sun" nəşri Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb. Sayt yazır ki, Rusiya liderinin yaxın ətrafında Putinin prostat xərçəngindən də əziyyət çəkməsi barədə şayiələr var.

Məlumata görə Kreml rəhbəri bu yaxınlarda ona diaqnoz qoyulmuş mədəaltı vəzi xərçənginin yayılmasının qarşısını almaq üçün müntəzəm olaraq hər cür ağır steroidlər və innovativ ağrıkəsici iynələrdən istifadə edir.

Putinin səhhəti necədir? - Lavrov açıqladı
"Mən təsdiq edə bilərəm ki, ona erkən mərhələdə olan Parkinson xəstəliyi diaqnozu qoyulub. Lakin xəstəlik artıq irəliləyir. Bu fakt hər cür inkar ediləcək və gizlədiləcək", - mənbə sensasiyalı informasiyanı jurnalistlə paylaşıb.

O da vurğulanır ki, əslində bununla bağlı məlumatlar əvvəllər də yayılmışdı. Putinin əlindəki iynələrdən qalmış izlər kadrlara düşəndən sonra onun səhhəti ilə bağlı məlumatlar yenidən diqqət mərkəzinə düşüb.

"Bir neçə ildir ki, prezidentin səhhətinin pisləşməsi ilə bağlı şayiələr dolaşır və onun sağlamlığını daima diqqətdə saxlayan bir qrup həkimin hər an onunla yanaşı olduğu deyilir. Qərbdən Putinin səhhəti ilə bağlı açıqlamalar da verilib. Xüsusən də Rusiya liderinin sanatoriyaya göndərilmək təhlükəsi ilə üzləşdiyini, hətta səhhətində yaranan problemlərə görə 2023-cü ilə qədər dünyasını dəyişəcəyini deyən Mİ6-nın keçmiş rəisi ser Riçard Dirlovun açıqlamaları da diqqət çəkirdi", - "The Sun" yazıb


Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Xərçəng   Xəstəlik  





Xəbər lenti