300 min çinlini qılıncdan keçirdilər: 6 həftəlik qətliamın dəhşətli tarixçəsi

   300 min çinlini qılıncdan keçirdilər:    6 həftəlik qətliamın dəhşətli tarixçəsi
  02 Noyabr 2022    Oxunub:3534
Nanking qırğını müharibə bitsə də Yaponiyanın Çində gerçəkləşdirdiyi qətliamdır. Əsgər, mülki vətəndaş, qadın, uşaq demədən törədilmiş bu soyqırımda 300 minə yaxın insan öldürülüb, 10 minə yaxın qadına təcavüz edilib.
Hər kəs Yaponiya -Çin müharibəsinin bitdiyini düşünərkən, Yaponiya imperatoru:”Bütün ordu Nankingi işğal etmək üçün hazırlaşsın. Evinizə, Yapon adasına deyil, Nankingə yürüş edəcəksiniz!”,-deyə əmr verdi.

Yapon əsgərləri heç tərəddüd etmədən Nankingə yürüş etdi. Əsgərləri məmnun edən digər məsələ kamandirdən istədikləri kimi talan və təcavüz edə bilmə razılığını almaları idi.

Yaponiya rəsmi olaraq müharibə elan etməmişdi və müharibənin başlandığını gizlətmək istəyirdi. Çünki ABŞ bundan xəbər tutsa, silah məsələsində böyük embarqo qoyacaq və bu da onların müharibəni uduzmasına səbəb olacaqdı.

Çin ordusunu hazırlasa da, yaponların müharibə elan etmədən onlara hücum edəcəyini düşünmürdü.1937-ci ilin 8 dekabrında Yaponiya ordusu Nankingə yaxınlaşdı və səhəri gün şəhəri mühasirəyə aldı.



Yaponiya İmperator Ordusu Komandirləri mühasirədən əvvəl Çin hərbi komandanlığına müraciət edərək, “Yaponiya ordusu heç bir nifrət əlaməti göstərməyəcək, mülki və əsgərlərə qarşı xeyirxah və səxavətli olacaq",- deyə vəd verdi. Sabaha qədər cavab verilməzsə, Yaponiya ordusu hücuma keçəcəkdi.

Çin isə bunu rədd etdiyini və şəhərdə son insan qalana qədər savaşacağını bildirdi. 1937-ci ilin 10 dekabrında verilən vaxt bitdi, lakin yaponlar çinlilərə bu təklifi düşünmələri üçün daha bir saat əlavə etdilər. Onlar elçilərlə birlikdə Nankingin girişində gözləməyə başladılar.

Qarşı tərəfdən müsbət cavab almayanda isə hücua keçdilər. Saat 01:00-da başlayan yapon hücumu 1937-ci ilin 13 dekabrında Çin ordusunun geri çəkilməsi ilə sona çatdı.



Çin ordusu geri çəkilənə qədər xalqı savaşmağa məcbur etdi, mülki əhalinin böyük qismini “təhlükəsiz zonaya” köçürmədi və onların dəyərli əşya və ərzaqlarını oğurladı. Mülki çinlilər Yapon ordusunun məğlub Çin ordusu ilə yaxşı rəftar edəcəyinə inanırdılar. Lakin 1937-ci il dekabrın 13-də yapon əsgərləri şəhərə daxil olanda onlar böyük bir qətliamla üz-üzə qaldılar.

Talan və təcavüz haqqı verilən yapon əsgərləri küçələrdə təslim olmağa hazır olan silahsız əsgərləri güllələyir və bir çox mülki vətəndaşı əsgər zənn edərək qətlə yetirirdi. Əsas küçələr cəsədlərlə dolu idi. Hətta yaşlı insanlar belə öldürülürdü.

Ələ keçən əsgərlər çubuqla döyülərək çaya atılırdı. Dövrün yüksək tirajlı qəzetlərindən biri olan“Tokyo Nichi Nichi Shimbun”un “100 çinlini qılıncla öldürmə yarışı” adlı yazısında qətliamın miqyası göstərilirdi.

Yarışmaya qatılan 2 yapon əsgəri əllərindəki katana qılıncları ilə eyni vaxtda çinli əsirləri öldürməyə başlayırdı və hansı 10 dəqiqə ərzində daha çox məhbusu öldürürdüsə, o yarışmada qalib gəlmiş sayılırdı. Yapon qəzetləri bu yarışı xalqına böyük bir zövqlə eşitdirirdi.



Qətliam yaponların şəhəri tərk etdiyi 1938-ci ilin yanvar ayına kimi davam etmişdi. 6 həftəlik qətliamın siyahısı: 300 mindən çox ölü, 100 mindən çox yaralı və 20 mindən çox təcavüz edilmiş qadın oldu.

Qətliama aid sübutlar “Nanjing Datusha” da muzeydə saxlanılır. Bu müharibə Çində müstəmləkəçilik maraqları olan Qərb dünyasının dəstəyi ilə uzadılmışdı. Kuomintang lideri Çan Kay Şek bir yandan yaponların irəliləməsinin qarşısını almağa çalışarkən, digər tərəfdən də komunistlərin kökünü kəsməyə çalışırdı.



II Dünya müharibəsi bitdikdən sonra bu qətliamın günahkarlarından biri olan general Tani Müharibə Günahkarları Məhkəməsində mühakimə olundu. Qırğında iştirak edən digər adlar arasında olan Şahzadə Kan 1945-ci ildən əvvəl vəfat etmiş, İsamu Ço Okinavanın müdafiəsi zamanı intihar etmiş, şahzadə Asaka isə Yaponiya İmperator ailəsinin üzvü olduğu üçün "toxunulmazlığından" istifadə edərək məhkəmədən azad edilimişdi.



Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti