Azərbaycanlı şairin şeiri Güneydə trend olub – VİDEO

   Azərbaycanlı şairin şeiri Güneydə trend olub –    VİDEO
  03 Noyabr 2022    Oxunub:3091
Vətənpərvər mahnıların müəllifi kimi tanınan şair, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun o tay-bu taylı Azərbaycanın bütövlüyündən bəhs edən şeiri son günlərdə Güneydə sürətlə populyarlaşmaqdadır.
Ötən ilin martında güneyli qiraətçi xanım Samirə Tağızadə tərəfindən ifa olunaraq, “instagram”da dərc edilən şeir son günlərdə və son hadisələrin fonunda sosial şəbəkələrdə geniş paylaşılır.

AzVision.az həmin videonu oxucularına təqdim etməklə, Güneylə bağlı şeirlər kampaniyasına qoşulur.



Tarix boyu bir olmuşuq,
Bir anadan doğulmuşuq.
Qurban verib, hürr olmuşuq,
Xəzər, Araz, Kür olmuşuq.
Bir bədənik, həm də bir can,
O tay, bu tay Azərbaycan!

Aramızı kəsdi araz,
Nalə çəkdi, dilləndi saz.
Tək ürəyik, qoşa avaz,
Sənsən ruhum, səndədir can,
Sənə qurban olsun bu can,
Mənim Anam Azərbaycan!

Ayırsa da yadlar bizi,
Biz qoruduq sevgimizi.
Diri tutduq dilimizi,
İri tutduq elimizi.
Durduqca bu qoca cahan,
Yaşa-yaşa Azərbaycan!

Zəfər çalan bayrağınla,
Keçmişinə xəbər göndər.
Dərbəndinə, Təbrizinə,
Zəngəzura zəfər göndər.
Ey Tanrının sevdiyi can,
Qalib Böyük Azərbaycan!



Teqlər: Poeziya  





Xəbər lenti