Məşhur ukraynalı müğənni vəfat etdi

Məşhur ukraynalı müğənni vəfat etdi
  03 Noyabr 2022    Oxunub:729
Məşhur ukraynalı müğənni Natalya Romanenko vəfat edib. O, noyabrın 2-də dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Marina Kinax Facebook səhifəsində məlumat yayaraq sənətçinin ailəsinə başsağlığı verib.

Qeyd edilir ki, Romanenko ailəli olub və iki uşağı var. Həyat yoldaşı və övladları hələlik itki ilə bağlı şərh verməyiblər.

Müğənni Ukrayna estradasında əməyi olub və əməkdar artist adı alıb. O, Кохаю тебе", "Любимые глаза", "Подснежники", "Заметай зима", "Булавочка-заколочка" və "Февраль" kimi xitləri ilə tamaşaçıların yaddaşında qalıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti