“Azərxalça”nın “Zəfər” xalça kolleksiyasının təqdimatı keçirilib

   “Azərxalça”nın “Zəfər” xalça kolleksiyasının təqdimatı keçirilib
  03 Noyabr 2022    Oxunub:1096
“Azərxalça” ASC-nin ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin ildönümünə həsr olunmuş “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin qaliblərinin əsərləri il ərzində toxunaraq başa çatıb.
AzVision.az xəbər verir ki, “Zəfər” kolleksiyasına daxil olan ilk 4 yerin qaliblərinin xalçaları bu gün “Azərxalça”nın İçərişəhərdə yerləşən nümayiş və satış salonunda təqdim olunub.

Fidan İlham birinci yerin qalibi (“Zəfəri bizə gətirənlər” xalçası), Aytac Ələkbərli ikinci yerin qalibi (“Dəmir yumruq” xalçası), Təhminə Məmmədova üçüncü yerin qalibi ("Dönüş” xalçası), Maya İbadlı sosial şəbəkələrin nəticələri üzrə qalib (“Cənnətə giriş” xalçası) olub.

Toxunan xalçalar müsabiqənin xatirəsi olaraq “Azərxalça”nın nümayiş və sərgi salonunda saxlanılacaq. Gün ərzində xalçalara baxmaq istəyən hər kəs salona baş çəkib rahatlıqla bu sənət əsərlərindən həzz ala bilər.

Tədbirdə “Azərxalça”nın regionlarda yerləşən emalatxanalarında müxtəlif vəzifələrdə çalışan Vətən müharibəsi iştirakçıları, qazi işçiləri də iştirak ediblər.


















Teqlər:





Xəbər lenti