"Qarabağ"ın prezidenti oyundan əvvəl Qurban Qurbanovla görüşdü

Klub rəhbəri “Qarabağ"ın daha bir tarixi oyunu ərəfəsində Qurban Qurbanova və komandasına inandığını deyib. Tahir Gözəl kollektivə uğurlar arzulayıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" matçı saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bu gün Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup səddini keçə bilər.
AzVision.az
Teqlər: