Burada İvan olub: Laçın dəhlizində ruslardan sonra qalan mənzərə - FOTOLAR

      Burada İvan olub:    Laçın dəhlizində ruslardan sonra qalan mənzərə -    FOTOLAR
  04 Noyabr 2022    Oxunub:2784
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli atəşkəs razılığından sonra Laçın dəhlizində 5 kilometrlik təhlükəsizlik zonası yaradılmış və Rusiya Federasiyasının sülhməramlı missiyası Qubadlı rayonundan Laçına, Laçın rayon mərkəzindən hər iki tərəfə gedən yollara nəzarət etməyə başlamışdı.

Laçın dəhlizindən tranzit ötən avtovasitələr yalnız bəlli günlərdə formalaşan kolonlarla və sülməramlı müşahidəsi altında yola çıxa bilirdilər. Bir postdan digərinə çatan təminat və yük kolonlarının son maşını "0" nöqtəsini keçən kimi artıq gözləməkdə olan digəri xüsusi müşahidə avtomobililə əks istiqamətə hərəkətə başlaya bilərdi.


Mexanizm bərə stansiyasının fəaliyyətinə bənzəsə də, böyük vaxt itkisinə səbəb olurdu.


Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsilə istiqamət üzrə 5 kilometrlik dəhliz zonasında yerləşən Rusiya Federasiyası Sülhməramlı qüvvələrin bütün postları boşaldılıb, atəş sektorları və kaponirlər yerlə bir edilib. Zabux-Cağazur yolundakı postdan qalan simvolik mənzərə isə budur...





Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Laçın-dəhlizi  





Xəbər lenti