411 gün koronavirusla mübarizə aparan ingilis sağaldı

      411 gün    koronavirusla mübarizə aparan ingilis sağaldı
  04 Noyabr 2022    Oxunub:1378
Uzun müddət koronavirusla mübarizə aparan Böyük Britaniya sakini 411 günlük xəstəlikdən sonra sağalıb. AzVision.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Böyrək transplantasiyasından sonra immuniteti zəifləmiş 59 yaşlı kişinin 2020-ci ilin dekabrında ilk dəfə virusa yoluxduğu, lakin xəstənin simptomlarının tədricən yox olmasına baxmayaraq, 2022-ci ilin yanvarına qədər müsbət testi davam etdirdiyi bildirilir.

Telekanalın məlumatına görə, həkimlər genetik analizlə müəyyən ediblər ki, adı açıqlanmayan həmin şəxs xəstəliyin bütün dövrü ərzində ilkin ştammdan əziyyət çəkib.
Sky News yazır ki, kişini sağaldan həkimlər qrupu daha əvvəl 505 günlük xəstəlikdən sonra vəfat edən və əlavə xəstəlikləri olan başqa bir şəxsi müalicə edib. Qeyd edildiyi kimi, hər iki halda genetik testlər xəstələrin yenidən xəstələnmədiyini göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Xəstə   Koronavirus  





Xəbər lenti