“İranın yanında olmaq Qarabağ məsuliyyətini aftafa rejimi ilə bölüşməkdir” – Mir Şahin (VİDEO)

   “İranın yanında olmaq Qarabağ məsuliyyətini aftafa rejimi ilə bölüşməkdir” –    Mir Şahin (VİDEO)
  07 Noyabr 2022    Oxunub:5846
Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bazar günü efirə gedən həftəlik təhlil verilişində İrandakı rejimin iç üzünü açan sərt fikirlər səsləndirib.
“Biz fars və erməni soyadlarının “yan” şəkilçisi ilə bitməsi həm də bir-birinin yanında olmaq şəklində gördük”,- deyən Mir Şahin vurğulayıb ki, bu ölkə Azərbaycanda həmişə iğtişaşlar yaratmağa çalışıb: “Rəsinin saqqalının timsalında bütöv bir maska yırtıldı, əmmamələr düşdü”.


Mir Şahin bildirib ki, “İran” adlı böyük mollaxana əsl İslamı təhrif edərək, Azərbaycana özünün “püstə islamı”nı yayır.

- Utanmazcasına hələ bir İlham Əliyevi İrana dəvət etməyə də həyaları çatır! Məgər bu qədər cahilsən ki, adi protokol qaydasında da xəbərin yoxdur?! Bilmirsən ki, yeni prezident seçilən sən olduğun üçün ilk səfərə sən gəlməlisən?! – deyə jurnalist İran prezidentinə sual ünvanlayıb – İkincisi də, axı İlham Əliyev İrandadır bu gün! Görmürsünüz?! Özü də xalq dəvət edib!




Teqlər:   İran   Azərbaycan  





Xəbər lenti