Şahruddin meydanı xərəkdə tərk etdi

   Şahruddin meydanı xərəkdə tərk etdi
  09 Noyabr 2022    Oxunub:1091
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
AzVision.az xəbər verir ki, o, Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la görüşün sonuna yaxın xəsarət alıb.

Komanda yoldaşı Bədavi Hüseynovla toqquşan qolkiper boynu üstə yerə düşüb. O, oyunu davam etdirsə də, matçın final final fitindən sonra meydanı xərəkdə tərk edib. Xərəyi daşıyanlar arasında “Turan Tovuz”un futbolçuları da olub.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.



AzVision.az


Teqlər:





Xəbər lenti