Məşhur rus aktyoru narkotikdən öldü

Məşhur rus aktyoru narkotikdən öldü
  10 Noyabr 2022    Oxunub:2345
Məşhur rus aktyoru Andrey Stoyanov 48 yaşında dünyasını dəyişib. Onun narkotik maddələrdən ifrat dərəcədə istifadə etdiyi deyilir.
AzVision.az xəbər verir ki, Ukraynanın Slavyansk şəhərindən olan aktyorun ölüm xəbərini onun həyat yoldaşı, pornoaktrisa Elena Berkova təsdiqləyib.

Rusiya mediasının yazmasına görə, o, noyabrın 10-da huşunu itirib. Aktyorun yaxınları təcili yardım çağırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Dəfn mərasiminin nə vaxt keçiriləcəyi məlum deyil.

Yeri gəlmişkən, Berkova ərinin metadondan çox istifadə etdiyini qeyd edib.

Qeyd edək ki, Andrey Stoyanov 9 may 1974-cü ildə Donetsk vilayətinin Slavyansk şəhərində anadan olub. 2007-ci ildən "Advokat-4" filmində Jora Çerkasov obrazı ilə debüt edərək, televiziya seriallarında rol almağa başlayıb. Ona məşhurluğu isə bir neçə mövsümdə rol aldığı kriminal triller olan "Volkovun saatı" gətirib.

Həmçinin onun filmoqrafiyasında “Pod priçelom”, “40+, ili Qeometriya lyubvi", “Fors-major”, “Optimistı”, “Mama Lora” və s. kinolar da var.

Andrey Stoyanovun Ukraynadakı müharibə ilə bağlı susqun mövqeyi birmənalı qarşılanmayıb. Stoyanov uzun illər Rusiyada yaşayıb və işləyib. 2022-ci il fevralın 24-dən bəri o, heç vaxt vətəni Ukraynada gedən müharibədən danışmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti