Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

   Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb
  10 Noyabr 2022    Oxunub:681
AFFA Gənclər Liqasının İsgəndər Cavadov Bakı Futbol Akademiyası (İCBFA) - “Kəpəz” oyununda kütləvi dava düşüb.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hadisəyə meydan sahiblərinin (İCBFA) futbolçusu Alireza Rahiminin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

İCBFA tərəfindən təhlükəsizlik tədbirləri təmin edilmədiyi üçün azarkeşlər meydana daxil olaraq qonaq komandaya qarşı təzyiq göstəriblər. Nəticədə tərəflər arasında münaqişə yaşanıb.

“Kəpəz”dən Elşən Mirzəyev, Cahangir Nəbiyev, Sənan Kərimov və Arzu Atakişiyev, İCBFA-dan isə Qürbət Əhmədov, Elmin Qaçaylı, Nihat Bayramlı, İbrahim Bağırov və Alireza Rahimi davada aktiv iştirak etdiklərinə görə hər birinə ayrı-ayrılıqda beş oyun cəza verilib.

Meydan sahibləri qarşıdakı üç oyunu azarkeşsiz keçirəcəklər.
AzVision.az


Teqlər:





Xəbər lenti