Narkotiki hoteldə gizlədənlər saxlanılıb

Narkotiki hoteldə gizlədənlər saxlanılıb
  11 Noyabr 2022    Oxunub:638
Göyçayda narkotiki hoteldə gizlədən şəxslər saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotik cinayətləri törətdikləri üçün məhkum olunmuşlar-Raqif Yusifov və Ruslan Allahverdiyev saxlanılıb.

Onların Göyçay şəhəri ərazisində yerləşən otellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək oteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti