“Müharibə evi”: Real TV Əfqanıstan reallığını göstərəcək – VİDEO

      “Müharibə evi”:    Real TV Əfqanıstan reallığını göstərəcək –    VİDEO
  14 Noyabr 2022    Oxunub:2492
REAL televiziyası bir ildir ki Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban haqında film hazırlayıb. 40 ildən çoxdur qeyri-sabit siyasi şəraitdə olan Əfqanıstan haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.
Real TV-nin çəkiliş heyəti Əfqanıstanın müxtəlif ərazilərində olub, əfqan xalqının son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. Gün ərzində bu ölkədə 200-250 nəfər terrorun qurbanı olur. “Real” komandasının səfərə yollandırqları gün də ölkədə terror baş verib. Çəkiliş qrupunun 10 metr yaxınlığında bina partladılıb. Filmdə həmin hadisə də yer alıb.


Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu “Taliban” liderlərindən müsahibə almaq fürsəti də əldə edib. Müəllifin konkret suallarını 1 ildir ki hakimiyyətdə olan və Əfqanıstana nəzarət edən “Taliban” qruplaşmasının liderləri Zabiullah Mujahid və Abdul Basir Sabiri cavablandırıb.

Filmin adı “Dar-ul-hərb” yəni “Müharibə evi” dir. Adın seçilməsinin də öz mənası var. Belə ki, İslam tarixində “Dar-ul-hərb” ideyasını coğrafi prizmadan və sadə dillə izah etsək, bu, qeyri-müsəlmanların yaşadıqları ərazilərə münasibəti ifadə edir. “Dar-ul-hərb” tarixi müsəlman-qeyri-müsəlman qarşıdurmasından daha çox, islamın özünün içində təfriqələrin artması və xarici qüvvələrə qarşı zəifləməsi ideyasına çevrilib.

Filmin yekununda əslində Əfqanıstanda, yəni “Müharibə evi”ndə yaşananların tam izahı verilir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru isə Arif Zeynalovdur.
Film 17 noyabr saat 20.00-da Real TV-də yayımlanacaq.





Teqlər: Real-TV  





Xəbər lenti