Kainat belə yaranıb – VİDEO

Kainat belə yaranıb – VİDEO
  10 May 2014    Oxunub:1350
Bu görüntülər 8 min super kompüter tərəfindən 3 aya hazırlanıb.
Bir qrup alim ilk dəfə kainatın indiyə qədər necə yarandığını görüntülü şəkildə nümayiş etdiriblər. Görüntünün özəlliyi onun xüsusi bir proqramla hazırlanmasıdır. Kainatın necə formalaşmasını ən incə detalına qədər göstərən video görüntü 8 min super kompüter vasitəsilə 3 ay ərzində hazırlanıb. Adi bir notbukun təxminən 2 min ilə hazırlayacağı bu görüntülər çox qısa vaxtda əldə edilib. Kadrları üçün lazım olan proqramı hazırlamaq isə 5 il çəkib...

Burda ilk qalaktikaların necə formalaşdığı və zamanla necə böyüdüyü göstərilir. Simulyasiyada qaranlıq maddə olaraq adlandırılan gizli maddənin kosmik bir ağacın budaqları kimi fəzada hər tərəfə yayıldığı görünür. Milyon illər keçəndən sonra qaranlıq maddə bir yerdə toplanır və qalaktikaların ilk toxumlarını əmələ gətirir.

Simulyasiyada illər keçdikcə dəhşət verən partlayışlar baş verir və qarışıq bir zaman başlayır. Bu dövrdə ulduzlar və qalaktikalar yaranır və nəhayət müasir görünüşə malik olan Kainat ortaya çıxır.



Səbinə


Teqlər:





Xəbər lenti