Fransada hökumətin korrupsiya qalmaqalı böyüyür

  09 Aprel 2013    Oxunub : 491
Fransada hökumətin korrupsiya qalmaqalı böyüyür
Prezident Fransua Olland seçki kampaniyasında iştirak edən nazirlərin seçki ərəfəsində külli miqdarda pul mənimsəməsi xəbərindən sarsılıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Ollandın seçki kampaniyasının əsas təşkilatçılarından olan Jak Oqliyer, sabiq maliyyə naziri Jerom Kozakdan sonra bu dəfə də xarici işlər naziri Loren Fabiusun da adı “təmiz əllər” əməliyyatında hallanır.

“Liberation” qəzeti yazır ki, xarici işlər naziri Kozak mənimsədiyi pullarla xarici banklarda hesab açdırıb. Bunları əsassız iddia adlandıran Fabius bu böhtanlarla əlaqədar mübarizə aparacaqlarını bildirib.

Qəzet sabiq maliyyə naziri Jerom Kozak haqqında da sensasion məlumatlar dərc edib. Belə ki, nazirin İsveçrədəki bank hesabında külli miqadarda pul olduğunu İsveç mətbuatı da təsdiqləyib.
İsveçrənin RTS telekanalı sabiq nazirin 2009-cu ildə İsveçrədəki hesabına 600 min Avro deyil, 15 milyon avro transfer etmək istədiyini iddia edib.

Teqlər: