Nəyə görə keçmiş yaxamızı buraxmır, unuda bilmirik? – Yaddaşın mexanizmi

   Nəyə görə keçmiş yaxamızı buraxmır, unuda bilmirik? –    Yaddaşın mexanizmi
  18 Noyabr 2022    Oxunub:1053
Yəqin ki, bu vəziyyət çoxunda var. İndi keçmişi düşünür, gələcəkdən çox keçmişdə olub bitmiş səhnələr beyninizdə canlanır, beyində birdən birə 10 il əvvəl baş vermiş hadisə, səhv, travma işə düşür və ardıyca insanı neqativ hisslər bürüyür.

Nəyə görə insanı keçmişin xatirələri buraxmır?

Nəyə görə 10 il, 20 il əvvəl baş verib bitmiş bir səhvə görə hələ də utanır, peşman olur, hətta ağlayırıq.
“Medicina” xəbər verir ki, Dikin universitetinin alimləri keçmişin şüur və yaddaşda necə yer tutmasını araşdırıb.

Hesab olunur ki, keçmişi xatırlamağın 2 üsulu var. Biri insan bunu özü, məqsədli və qəsdən edir. Məsələn, insan kinə borc verdiyini, kimə borclu olduğunu, əzizlərinin ad gününü, 1 həftə əvvəl müdirin verdiyi tapşırığı xatırlamalıdır, bu ona lazımdır. Bu zaman insan yaddaşda eşələnib bunu üzə çıxarır.

İkinci üsul informasiya durduğu yerdə, lazım olmayan vaxt, gözlənilməyən məqamda özü üzə çıxır. Bu fenomen ona görə baş verir ki, xatirələr biri-biri ilə öz aralarında bağlıdır və əlaqəlidir.

İş ondadır ki, bizim keçmiş xatirəmiz beyində neyron şəbəkə kimi formalaşıb, adətən onlar bir-birini örtür, gizlədir, informasiyaları öz aralarında paylaşdırıb bölür.

Məsələn, xatirələrin eyni və bənzər konteksti ola bilər: olduğunu restoranlar, gəzdiyiniz yerlər, eləcə də yaşanılan dövrə görə, ancaq məktəb vaxtı, tələbəlik və emosional fon: həmin vaxt xoşbəxt idiz, ya kefsiz, ya bədbin.
İndiki zamanda hansısa xarici stimul həmin neyron şəbəkəni qıcıqlandırıb oyadır.

Məsələn, siz sevgilinizlə ayrılanda payız idi, yağış idi, həmin gün nə geyinmişdiz, hər hansı ətir, səs, musiqi- indiki durumda beyin həmin ana bənzər bir təsiri, stimulu tutanda həmin günün xatirəsini dərhal yaddaş tapıb üzə çıxarıb, sənə xatırladır.

Bir səs, yemək, musiqi, ətir, geyim bir kaskad hissi, xatirəni – fiziki, hiss, düşüncəni aktivləşdirir və neyronların bir-birinin içində arxivləşdirib saxladığı əlaqəli və əlaqəsiz hadisələri qabardır.

Alimlər bildirir ki, qeyri-ixtiyari yada düşən xatirələr çox zaman neqativ rənglənmiş və güclü emosional reaksiyalı olur. Bu xatirələr bizi kədərlənməyə, qəzəblənməyə, utanmağa, ağlamağa vadar edir.

Yenidən və təkrar neqativ emosiyaları xatırlatmaq insanı yaşatmaq və səhvlərdən qorumağa hesablanıb. Beyin özünü sığortalamaq üçün bu neqativ anları yadına salır ki, gələcəkdə və indi yenidən eyni hissləri yaşamamaq üçün ehtiyatlı olasan, səhvlərini təkrarlamayasan”.


Teqlər:





Xəbər lenti