İlham Əliyev Vardanyanın ancaq əfv müraciətinə baxa bilər!

   İlham Əliyev Vardanyanın ancaq    əfv müraciətinə    baxa bilər!
  20 Noyabr 2022    Oxunub:2663
Kreml tərəfindən separatçı quruma göndərilən erməni milyarder Ruben Vardanyanı son vaxtlara qədər ən azından qismən adekvat fiqur kimi qəbul edirdim. Amma yanılıbmışam: nə onun özündə, nə də idarə edənlərdə nəinki beyin, hətta normal məntiq belə çatışmır.
Vardanyan Facebook səhifəsində yazıb: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla birbaşa dialoqa başlamaq istəyini alqışlayıram”. Tanrı adamı bədbəxt edəndə birinci ağlını alır. Görünür, bu aksiom Ruben üçün daha keçərlidir.

Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, onun üçün “Qarabağ problemi” anlayış mövcud deyil, erməni millətindən olan Azərbaycan vətəndaşları var. Qarabağ münaqişəsi həll olunub, “status” cəhəmmə gedib, Rusiya sülhməramlılarının mövcudluğu isə müvəqqətidir və bu müddət 2025-ci ilin sonunda başa çatır. Amma Vardanyan erməni ictimaiyyətini axmaq yerinə qoyaraq, İlham Əliyevin “biz Qarabağ əhalisi ilə dialoqa başlamışıq” bəyanatını “separatçı rejim” ilə dialoq kimi qələmə verməyə çalışır və hətta bir az da irəli gedərək, özünü xroniki gicliyə qoyub, bu bəyanata görə Azərbaycan Prezidentini “alqışlayıb”.

Əslində Vardanyan yaxşı bilir ki, son 200 ildə ermənilərdən acgöz, savadsız və sadəlövh axmaqlar kimi istifadə edənlərin siyahısı kifayət qədər genişdir. Buna görə də Qarabağda xərclədiyi oğurluq Rusiya pullarının kölgəsində ağlına gələni deyir. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərdə Ruben Vardanyana nikbin status yazmağa sövq edəcək bir kəlmə də yoxdur. Cənab Prezident deyir: “Ermənistan Qarabağ ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.


Vardanyan bu bəyanatı tamamilə təhrif olunmuş şəkildə təqdim etməyə çalışmaqla sanki Qarabağda seperatçı qurumun vəziyyətinin çox da acınacaqlı olmadığını, hətta Azərbaycan Prezidentinin onunla danışıqlara hazır olduğunu göstərməyə çalışır. Halbuki, Ruben Karlenoviçin hamımıza məlum qaranlıq keçmişini nəzərə alsaq, Azərbaycan Prezidentinin onunla və ya separatçı qurumun hansısa digər nümayəndəsi ilə eyni masaya otura biləcəyini ehtimal etmək belə mümkün deyil. Fəqət İlham Əliyevin nə zamansa Ruben Vardanyanın əfv ərizəsinə baxacağı istisna deyil.

Ruben Rusiya vətəndaşlığından görüntü xətrinə imtina etsə də, Kremlin maraqlarına birbaşa xidmət etdiyi şübhəsizdir. Məhz buna görə İlham Əliyev Soçidə Putinlə görüşündə Qarabağ məsələsində müzakirə ediləcək nəyinsə qalmadığını demişdi. Azərbaycan Prezidenti Silahlı Qüvvələrimizin qəhrəmanlığı hesabına Qarabağ münaqişəsini həll edib. Bunu vardanyanlar və onları banladanlar da yaxşı bilirlər. Aftafadan atəş açanlar da həmçinin.

İlham Əliyevin Qələbədən sonrakı iki ildə imzaladığı sənədlərin heç birində Qarabağ barədə bir kəlmə də yoxdur. Əvəzində Xankəndi şəhərinin də daxil olduğu “Qarabağ iqtisadi zonası” yaradılıb. Yaxın iki ildə Azərbaycan hökuməti Ağdamdan Xankəndinə qaz kəməri çəkməyi planlaşdırır. Vardanyanın bu planlara mane olmaq imkanı isə sıfırın altındadır. Üstəlik, o, ərazimizə qanunsuz daxil olaraq, separatizmi dəstəkləyən ünsür kimi hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız üçün legitim hədəfdir. Güvəndiyi Rusiya sülhməramlılarının taleyi də məlumdur. 2025-ci ilin sonuna qədər sülhməramlılar Azərbaycandan yola salınacaq, bu müddət heç bir halda uzadılmayacaq, amma qısaldılması istisna deyil.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Qarabağ   Vardanyan  





Xəbər lenti