***
Qətərin paytaxtı Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki “El-Bayt" stadionunda dünya çempionatının açılış mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, mərasim Cənubi Koreyanın BTS adlı k-pop qrupunun üzvü Çon Conqukun “Dreamers” musiqisinin sədaları altında başlayıb.
Bir çox tanınmış xarici və yerli müğənnilər öz ifaları ilə iştirak ediblər. Çempionat Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək.
***
Futbol üzrə dünya çempionatının açılış mərasiminə start verilib.
AzVision.az xəbər verir ki, tədbir müqəddəs Qurani-Kərimin sədaları ilə başlayıb.
Mərasimdən sonra sayca 22-ci mundialın ilk oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.
A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək.







AzVision.az