İngiltərə millisi İranı darmadağın edib - Yenilənib
Hesabı 35-ci dəqiqədə Cud Bellingem açıb. 43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 65-ci dəqiqədə İran millisindən Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxıb. 71-ci dəqiqədə Markus Reşford rəqibi 5-ci dəfə məyus edib. 90-cı dəqiqədə Cek Qriliş hesab arasındakı fərqi artırıb - 6:1. Son nöqtəni isə 90+13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Taremi qoyub. İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.
Qeyd edək ki, B qrupunun digər matçında ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda 6-cı qol vurulub.
Avropa təmsilçisindən Markus Reşford 71-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 5:1.
***
Qətərdə təşkil olunan DÇ-2022 davam edir.
AzVision.azxəbər verir ki, bu gün üçün nəzərdə tutulan 3 matçdan artıq 1-i başlayıb. B qrupu nda İngiltərə İranla qarşılaşır. Dohadakı "Xəlifə" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gələcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
Günün son matçında ABŞ yığması Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə 23:00-da başlayacaq.
21 noyabr
DÇ-2022
B qrupu
17:00. İngiltərə - İran - 3:0 (Birinci hissə)
Qol: Cud Bellinqem, 35, Bukayo Saka, 44, Rahim Sterlinq, 45+1
Baş hakim: Rafael Klaus (Braziliya)
"Xəlifə" stadionu
AzVision.az
Teqlər: