Solomon adalarında güclü zəlzələ baş verib

Solomon adalarında güclü zəlzələ baş verib
  22 Noyabr 2022    Oxunub:662
Sakit okeanın cənub-qərbində yerləşən Solomon adalarında 7,3 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Honq Konq Rəsədxanası Seysmoloji Şəbəkə bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Çin vaxtı ilə saat 10:03-də qeydə alınıb.

Zəlzələnin episentri Honiaradan 56 km aralıda (əhali təxminən 65 min nəfər) yerləşib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların ocağı 13,6 km dərinlikdə ocağı. ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzi sunamı dalğası təhlükəsi barədə xəbərdarlıq verib.

AzVision.az


Teqlər:





Xəbər lenti