Bu, təlim deyil. Bəs nədir?! – ŞƏKİLLƏR

// Ermənistan əsgəri özündə olmayan silahla nəyi məşq edə bilərdi

   Bu, təlim deyil. Bəs nədir?! –    ŞƏKİLLƏR
  22 Noyabr 2022    Oxunub:3702
Noyabrın 14-18-də Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri və Kipr Milli Qvardiyasının iştirakı ilə "Gümüş nizə 2022" (Silver spear 2022) taktiki təlimləri keçirilib.

Kipr Milli Qvardiya Baş Qərargahının (GEEF) açıqlamasına görə, tədbirin ssenarisinə müxtəlif növ "fərdi və qrup atəş təlimləri" və "döyüş meydanında İlk yardımın göstərilməsi üzrə şəxsi heyət təlimləri" daxil edilib.


Təbii ki, rəsmi bəyanatın gerçəkliklə heç bir əlaqəsi yoxdur və bu uyğunsuzluq mətbuat relizinə əlavə edilmiş fotolarda da görünür.

İsrail istehsalı “IWI Tavor TAR-21” hücum tüfəngi Ermənistan silahlı qüvvələrinin arsenalında yoxdur. Buna görə də onunla "taktiki atəş hazırlığının" aparılması tamamilə boş və mənasız bir şoudur.


Silahın çapı 5.56×45 mm NATO (!) sisteminə aid, form-faktoru isə fərqli – “bullpup”dır. Yəni hücum tüfənginin atəş zamanı daraq dəyişmə prinsipi də başqadır və qundaq qisminə yaxın ərazidə gerçəkləşdirilir.


Standart form-faktorlu "Kalaşnikov" modelləri ilə silahlanan Ermənistan Ordusunun şəxsi heyəti üçün “TAR-21” ilə taktiki məşğələlər keçmək balığa velosiped sürməyi öyrənmək kimi bir şeydir...


Güman etmək olar ki, düşmən ölkənin xüsusi təyinatlıları Kiprdə növbəti təxribat-diversiya hazırlığı kursu keçib. "Gümüş nizə" pafosu və qısamüddətli tədbir dezinformasiyası isə gözdən pərdə asmaqdan başqa bir şey deyil.

Hans Kloss
AzVision.az üçün



Teqlər: Ermənistan   Hərb  





Xəbər lenti