Dünyanın ən yaşlı dondurulmuş "embrion əkizləri" - Yeni rekord

 Dünyanın ən yaşlı dondurulmuş "embrion əkizləri" -  Yeni  rekord
  22 Noyabr 2022    Oxunub:2264
ABŞ-da dünyanın ən yaşlı dondurulmuş "embrion əkizləri" doğulub. Filip və Reyçl Ricvey cütlüyünün 30 il əvvəl dondurulmuş embrionlar sayəsində əkiz uşaqları dünyaya gəlib. Mütəxəssislər hesab edirlər ki, doğuş yeni dünya rekordudur.
Lidiya və Timoti adlı əkizlərin dünyaya gəlməsinə səbəb olan embrionlar əslində 1992-ci ildən dondurulubmuş. Ricvey cütlüyü bildirir ki, bundan başqa səkkiz, altı, üç və bir yaşında başqa dörd övladı var. Lakin əkizlər bir aylıq olmasına baxmayaraq, digər uşaqlarından böyükdürlər.

34 yaşlı qadın və onun 50 yaşlı əri embrionlarını dondurmaq qərarına gəlib və 1992-ci ilin aprelində IVF əməliyyatı keçiriblər. Onlar 2007-ci ildə başqa bir ailənin embirionlardan istifadə edə biləcəyi ümidi ilə onları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə bağışlayıb.

Oreqondan olan Ricvey cütlüyü daha çox uşaq sahibi olmaq istədikləri zaman həmin embrionlardan istifadə ediblər.

Embrionlar dondurulduqdan 29 il 10 ay sonra mart ayında implantasiya edilib. Köçürmələrdən ikisi uğurlu olub və uşaqlar oktyabrda dünyaya gəlib.

“Allah Lidiya və Timoteyə həyat verəndə mənim beş yaşım var idi. O vaxtdan onlar bu həyatı qoruyurlar. Ən kiçik övladlarımız olsalar da, müəyyən mənada ən böyük övladlarımızdır”,- Filip Ricvey deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti