Rusiyada buz yağışı 230 yaşayış məntəqəsini işıqsız qoydu

Rusiyada buz yağışı 230 yaşayış məntəqəsini işıqsız qoydu
  23 Noyabr 2022    Oxunub:361
Rusiyada qeyri-adi yağış yağıb. AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edilir ki, buzlu yağış xeyli sayda evə zərər vurub. Fövqəladə hallar xidmətinin nümayəndəsinin verdiyi məlumata görə, buzlu yağış Kursk vilayətinin 230 yaşayış məntəqəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub. İki rayonda isə mindən çox yaşayış binası işıqsız qalıb.

“Kursk vilayətinin 16 rayonunda yağan buzlu yağışlar nəticəsində 230 yaşayış məntəqəsində 7,5 mindən çox yaşayış binasına elektrik enerjisinin verilişi kəsilib”, - xidmət rəsmisi qeyd edib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 minə yaxın insan işıqsız qalıb. Fövqəladə vəziyyət Qorşeçeski, Manturovski, Kastorenski, Kursk, Sovetski və Şiqrovski rayonlarında tətbiq edilib.

Çərşənbə günü səhər saatlarına olan məlumata görə, Kursk vilayətinin iki rayonunda 55 yaşayış məntəqəsində, iyirmi mindən çox insanın yaşadığı 1,04 min yaşayış binası, həmçinin 10 sosial əhəmiyyətli obyekt işıqsız qalıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Rusiya  







Xəbər lenti