Brus Linin ölümü ilə bağlı yeni iddia: Çoxlu maye qəbul edirdi

      Brus Linin ölümü ilə bağlı yeni iddia:    Çoxlu maye qəbul edirdi
  23 Noyabr 2022    Oxunub:1471
Dünya şöhrətli aktyor, əfsanəvi döyüş ustası Brus Linin ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.
27 noyabr 1940-cı il ABŞ-da dünyaya gələn Çin əsilli aktyor Brüs Li tibbi ekspertizaya görə beynindəki şiş səbəbilə vəfat edib. Lakin həkimlər illər sonra onun əsl səbəbini tapdıqlarını iddia edirlər. Son araşdırmalara görə, 32 yaşlı əfsanəvi döyüş ustası çox miqdarda su içməkdən qaynaqlanan beyin şişməsi səbəbilə vəfat edib.

“New York Times” qəzetindəki xəbərə görə, tədqiqatçılar “Clinical Kidney Journal”da yazır: “Biz Brus Linin böyrək çatışmazlığından öldüyünü təklif edirik”.
Brus Li vəfat edən zaman həkimlər onun beyninin ağrıkəsicilərdən şişdiyinə inanırdılar. Ancaq 50 ildən sonra aparılan araşdırmada məşhur aktyorun hiponatraemiyadan öldüyü bildirilib. Beləliklə, aktyorun ölümü ilə bağlı ortaya atılan bütün iddialar – mafiya üzvləri tərəfindən öldürülməsi və ya qısqanc sevgilisi tərəfindən zəhərlənməsi xəbərləri yeni səbəblə yalanlanıb.

Brüs Linin həyat yoldaşı Linda müsahibələrinin birində aktyorun kök və alma suyundan ibarət maye əsaslı pəhriz saxladığını deyib. Brus Linin öldüyü gün digər günlərə nisbətən daha çox maye qəbul etdiyi də məlumdur.

Sima Cəfərova

AzVision.az



Teqlər:





Xəbər lenti