"Sarı gəlin"i oxuyan Turaşvili: "Azərbaycan mədəniyyətinə sevgim sonsuzdur” - VİDEO

   "Sarı gəlin"i oxuyan Turaşvili:  "Azərbaycan mədəniyyətinə sevgim sonsuzdur” -    VİDEO
  25 Noyabr 2022    Oxunub:1409
Gürcüstanın tanınmış müğənnisi Veriko Turaşvilinin Azərbaycan xalq mahnısını ifa etməsi yerli mediada marağa səbəb olub.
AzVision.az xəbər verir ki, "Sputnik Gürcüstan" klipi oxuculara təqdim edərək yazıb: "Məşhur gürcü müğənni Veriko Turaşvili Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin"i ifa edib. Turaşvili 2022-ci ilin yazında Azərbaycana gəlib. Həmin vaxt gürcü xanım məşhur Azərbaycan mahnılarının da da olduğu albom buraxmağı düşünüb. Bunun üçün ifaçı hətta Azərbaycan dilini də öyrənib".

Müğənni sosial şəbəkədə “Sevdiyim xalq mahnısı “Sarı gəlin”i öz versiyamda təqdim edirəm. Azərbaycan mədəniyyətinə sonsuz hörmət və sevgimi bildirirəm”.

Qeyd edək ki, əvvəllər o, Azərbaycan mahnısı olan “Laçın”ı da ifa edib. Veriko Turaşvili gələcəkdə də yeni albomundan olan bəstələrə də oxşar video kliplər çəkdirmək niyyətindədir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Sarı-Gəlin   Müğənni   Gürcüstan  





Xəbər lenti