Məktəblərə dərsliklərin gec paylanmasının səbəbi açıqlandı

 Məktəblərə dərsliklərin gec paylanmasının səbəbi açıqlandı
  25 Noyabr 2022    Oxunub:1219
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problemə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, nazir bunun obyektiv səbəblərdən baş verdiyini deyib:

"Bu, şəxsə və ya şəxslərə aid deyil. Heç kim proqnozlaşdıra bilməzdi ki, konflikt olacaq və kağız tədarükündə problem yaranacaq. Düzdür, bu bəhanə deyil. Amma elektron qaydada kitablar əlçatan idi. Qonşu ölkələrdə də bu problem yaşanır. Biz artıq növbəti ilin çap xərclərini proqnozlaşdırırıq ki, problemlər yaşanmsln".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti