Şəhid tələbələrin diplomları ailələrinə verilib

Şəhid tələbələrin diplomları ailələrinə verilib
  25 Noyabr 2022    Oxunub:1056
"Şəhid olan tələbələrin diplomları ailələrinə verilib".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. "Burada bir qisim şəxslər var ki, onlar məsələn, ikinci kursda oxuyub və ya ali məktəbdə oxuyan vaxtı xaric olunublar. Diplom dövlət sənədidir. Onun verilməsi üçün şəxs tələbə-məzun sisteminə düşməlidir. Mən başa düşürəm ki, bu, şəhid ailələri üçün mənəvi dəyərə malikdir. Lakin mən istədiyim vaxt diplom yazıb vermək səlahiyyətim yoxdur. Biz onları anlayırıq və maksimum şəkildə yardım göstərməyə çalışırıq" -nazir əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti