DÇ-2022: Tunis məğlub oldu

   DÇ-2022:    Tunis məğlub oldu
  26 Noyabr 2022    Oxunub:722
Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.
AzVision.az -ın məlumatına görə, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti