Yunan şirkəti PUA-lardan qorunmağın yolunu tapıb

// Onun ermənilərə də veriləcəyi istisna deyil

   Yunan şirkəti    PUA-lardan qorunmağın    yolunu tapıb
  28 Noyabr 2022    Oxunub:4391
Kipr Respublikasının Milli Qvardiyasının hərbi texnikası “stels” (görünməyən) effekti verən yeni boya ilə rənglənməyə başlanılıb. Yunanıstanın “Intermat Defense” şirkətinin məhsulu olan bu boya zirehli texnikanın istilik və infraqırmızı siqnaturasını minimuma endirərək, onu tank əleyhinə idarəolunan raket kompleksləri və PUA vizorları üçün "görünməz" edir.
İstehsalçının iddiası sınaqlarda çəkilən müxtəlif görüntülərlə təsdiq olunsa da, taktiki boyanın döyüş meydanında özünü necə göstərdiyi hələ bəlli deyil.


Amma Kiprlə İrəvanın hərbi-təxribat əməkdaşlığı sahəsindəki sıx əlaqələrini nəzərə alsaq, stels-boyanın həm Ermənistan Ordusunda, həm də separatçı qüvvələrin Qarabağda qalmış hərbi texnikasında, o cümlədən, tanklarında tətbiqini ehtimal etmək olar.


2016-cı ilin hərbi fiaskosundan bəri Ermənistan Azərbaycanın PUA təhdidini müxtəlif üsullarla, o cümlədən, fərqli HHM sistemlərini ("Оса-АК" ZRK, МТ-ЛБ üzərində quraşdırılmış “Zastava M55 / 20/3-mm-M55” zenit qurğusu, "Тор-М2КМ" və s.) almaqla məhdudlaşdırmağa çalışsa da, hələ ki buna nail ola bilməyib.

Qeyd edək ki, oktyabrın 1-də Nikosiyada keçirmiş Kipr Respublikasının müstəqilliyinin elan olunmasına həsr edilən hərbi paradda nümayiş olunan tank və digər zirehli texnikalar “Intermat” stels-boyası ilə rənglənmişdi.

Hans Kloss
AzVision.az üçün


Teqlər: Hərb   Texnika  





Xəbər lenti