Seneqal və Niderland 1/8 final mərhələsinə vəsiqə qazanıb

Seneqal və Niderland 1/8 final mərhələsinə vəsiqə qazanıb
  29 Noyabr 2022    Oxunub:627
Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
AzVision.az -ın məlumatına görə, Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.

Bundan başqa, Seneqalla eyni qrupda olan Niderland millisi də 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti