Mundiallar tarixində ilk: Matça qadın baş hakim təyin olunub

    Mundiallar tarixində ilk:    Matça qadın baş hakim təyin olunub
  29 Noyabr 2022    Oxunub:727
Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.
AzVision.az -ın məlumatına görə, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.

Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti