"Qarabağ" böyük potensiala malik klubdur" - Avropa Parlamentinin deputatı

"Qarabağ" böyük potensiala malik klubdur" -    Avropa Parlamentinin deputatı
  02 Dekabr 2022    Oxunub:663
Avropa Parlamentinin deputatı Tomaş Poreba "Qarabağ haqda müsbət fikirlər bildirib.
AzVision.az xəbər verir ki, o, şəxsi Tvitter səhifəsində Ağdam klubu haqda yazıb: "Qarabağ" böyük potensiala malik və yaxşı təşkil olunmuş klubdur".

Tomaş Poreba Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın "Qarabağ"da təcrübə keçməsinə kömək etdiyini və buna görə şad olduğunu bildirib.

Qeyd edək ki, Dariuş Marzek və Yanusz Svierad "Qarabağ"da bir həftəlik təcrübə keçəcəklər.

AzVision.az



Teqlər: Qarabağ   Klub  





Xəbər lenti