Qurban Qurbanov ən yaxşı baş məşqçilərin siyahısında irəlilədi

Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur. “Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.
AzVision.az
Teqlər: