162 illik rəsmdəki smartfonun sirri – ŞƏKİL
// Bu nədir: psixoloji illüziya, yoxsa...
Qız əlindəki əşyaya elə baxır ki, smartfondan başqa nəyəsə o cür baxmaq sadəcə, mümkün deyil!
Bunu necə izah etmək olar? Bəlkə şəkil saxtadır? Xeyir, söhbət böyüyəndən sonra tablo ekspertizadan keçirilib və müəyyən edilib ki, həqiqətən də 1860-cı ildə çəkilib.
Mütəxəssislər deyirlər ki, şəkli heç cür izah etmək lazım deyil, çünki rəsmdəki qızın əlində smartfon ola bilməzdi, o sadə səbəbə görə ki, ola bilməzdi, vəssalam! Güman ki, qız kilsədən gəlir, əlindəki “Bibliya”dır və dua etdiyi üçün o tərzdə baxır.
Amma... nə deyirsiniz-deyin, kitaba elə baxmırlar axı! Qız açıq-aşkar smartfona baxır!
İngilis sənətşünas və ekspert Piter Rassel deyir ki, bu, psixoloji illüziyadır: “Məni ən çox mat qoyan odur ki, texnologiyalar insanların qavrayışını necə dəyişib. Biz şəklə baxır və gördüyümüzü tamam başqa kontekstdə qavrayırıq. Yüz il əvvəl kim bu şəklə baxsa, qızın əlində dua kitabı tutduğunu deyəcəkdi. Müasir insan isə orada smartfon görür”.
Tariyel Həsənov
AzVision.az
Teqlər: İncəsənət