Mərakeşin qəhrəmanı Şovkovskinin uğurunu təkrarladı

Mərakeşin qəhrəmanı  Şovkovskinin uğurunu təkrarladı
  06 Dekabr 2022    Oxunub:689
Bu gün 2022-ci il dünya çempionatının 1/8 final mərhələsinin oyunlarından biri baş tutdu. Mərakeş millisi sensasiyalı şəkildə İspaniyaya qalib gəldi.
Komandaların mübarizəsi əsas vaxtda heç-heçə başa çatıb. Əlavə vaxtlarda da qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə mərakeşlilər 3:0 hesabı ilə qalib gəlib.

Mərakeş millisinin qapıçısı Yassin Bounu penaltilər seriyasında bir dənə də olsun qol buraxmayıb. O bununla da dünya çempionatı tarixində belə nailiyyət əldə edən ikinci qapıçı olub.

Qeyd edək ki, indiyədək dünya çempionatında penaltilər seriyasında bir dəfə də olsun qol buraxmayan yeganə qapıçı əfsanəvi ukraynalı Oleksandr Şovkovski olub.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti