Milyarder Yusaku daha iki nəfəri özü ilə Aya aparacaq

   Milyarder Yusaku daha iki nəfəri özü ilə Aya aparacaq
  09 Dekabr 2022    Oxunub:802
Yapon milyarder Yusaku Maezava K-pop ulduzu TOP-u və DJ Stiv Aokini İlon Maskın SpaceX raketi ilə Aya birlikdə uçuş üçün seçib.
Tanınmış K-pop ulduzu və DJ yapon milyarderin Aya gələn ilə planlaşdırılan uçuş üçün seçəcəyi səkkiz yoldaşdan ikisi olacaq. Bu barədə o, #dearMoon adlandırdığı layihə ilə əlaqədar tviter və veb-səhifələrində paylaşımda bildirib. Yaponiyalı moda maqnatı və onun yoldaşları Ayın ətrafına dolanacaq SpaceX kosmik gəmisinin ilk sərnişinləri olacaqlar.

Y.Maezava səkkiz yoldaşını seçmək üçün öz mikrobloq saytından istifadə edib. Bu günədək həmin çağırışa bir milyondan çox insanın cavab verdiyi bildirilir. Qrupda, həmçinin hindistanlı aktyor Dev Coşin də var. Bundan əlavə, amerikalı snoubordist Keytlin Farrinqton və yapon rəqqasə Miyu da heyətin ehtiyat üzvləri elan ediliblər.

Xatırladaq ki, Y.Maezava Aya ilk səyahət üçün 2018-ci ildə başlamış layihədə kosmik gəmidə olan bütün yerləri alıb. Bu onun “Soyuz” kosmik gəmisində 12 gün davam etmiş səyahətindən sonra ikinci belə uçuş olacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti