`Avatar` yenə gəlir

`Avatar` yenə gəlir
  13 May 2014    Oxunub:2903
Park Cinema kinoteatrlar şəbəkəsi ilk dəfə “Avatar” fantastik blokbasterini 3D formatında Azərbaycan tamaşaçılarının diqqətinə çatdıracaq. Bu haqqda Park Cinema kinoteatrlar şəbəkəsinin müdiri Namiq Quliyev məlumat verib.
“İstedadlı rejissor Ceyms Kemeronun möhtəşəm yaradıcılıq əsəri olan və kino tarixində yeni səhifə açan “Avatar” filmi hələ 2009-cu ildə geniş tamaşaçı kütləsininin ixtiyarına verilib. Lakin o zaman Azərbaycanda 3D formatlı filmləri nümayiş etdirə bilən kinoteatrlar olmadığı üçün ölkəmizdə kinomanlar çəkilişlərin əzəmətliliyini və texniki imkanların filmə qatdıgı qeyri adi imkanların miqyasını hiss edə bilməyib”,- deyən Namiq Quliyev onu da əlavə edib ki, o zaman “Avatar” filminə 2D formatında baxmaqla kifayətlənən Azərbaycan tamaşaçısı filmi bəyənmişdi.

“Bu gün isə Park Cinema Sizi 162 dəqiqə heyrət doğuran səhnələr, heyranedici xüsusi effektlər, mükəmməl operator işi və montaj, dərin və müfəssəl səslə təmin edəcək. Texnikanın təkmilləşdirilmiş futurist dizaynı və fantastik vizual effektləri Sizin təsəvvürünüzü gözəllik, həcm və çəkilişlərin çətinlikləriylə heyran edəcək”,- deyə Namiq Quliyev vurgulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti