İranda hökuməti tənqid edən dini lider öldürüldü

Aksiyaçılara qarşı təhlükəsizlik qüvvələrinin qəddar davranışını M. Ə. Riqi kəskin tənqid etmişdi. Bununla yanaşı o, İranın Ali Rəhbəri Əli Xamneyini və hökuməti Sistan-Bəlucistan vilayətinə biganə yanaşmaqda ittiham etmişdi. Regionun dini lideri vilayətdə işsizliyin, səfalətin və narkomaniyanın hökm sürməsində dövlət rəhbərlərini kəskin qınayaraq onları günahkar hesab etmişdi.
Nəzərə çatdıraq ki, Sistan-Bəlucistan vilayətində etiraz aksiyaları daha kütləvi şəkildə keçirilir. İnsanlar burada hökm sürən polis özbaşınalığından əziyyət çəkdiklərini bəyan edirlər.
AzVision.az
Teqlər: