Mask daha dünyanın ən varlı adamı deyil

Mask daha dünyanın ən varlı adamı deyil
  14 Dekabr 2022    Oxunub:1118
Amerikalı sahibkar İlon Mask “Forbes”un “Real Time Billionaires” reytinqində birinci yeri “Louis Vuitton Moet Hennessy”nin (LVMH) prezidenti Bernard Arnoya və ailəsinə uduzub.
Belə ki, Maskın sərvəti 176,8 milyard dollar, Arno və ailəsinin isə 188,6 milyard dollar dəyərində qiymətləndirilir. “Forbes”un məlumatına görə, gün ərzində İlon Maskın sərvəti 4,5 milyard dollar (-2,49%) azalıb, Bernard Arno isə 2,7 milyard dollar (+1,44%) “varlanıb”.

Bununla belə, “Bloomberg” agentliyinin milyarderlər indeksində İlon Mask 168 milyard dollar sərvəti ilə hələ də birinci, Bernard Arno isə 167 milyard dollarla ikinci yerdədir.

Sonuncu dəfə İlon Mask dekabrın 7-də “Forbes” reytinqinin birinci pilləsindən aşağı düşmüşdü (cəmi yarım saatlığa).

Qeyd edək ki, ötən həftə LVMH-də kadr dəyişikliyi olub. “Agache SE”nin (“Christian Dior” brendinin səhmlərinə sahib olan və Bernard Arno tərəfindən idarə olunan holdinq) məhdud məsuliyyətli şirkətə çevrilməsi fonunda LVMH prezidentinin oğlu Antuan Arno “Christian Dior SE”nin baş direktoru təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti