
Məsələn Hamburq meriyası qaçqınlar üçün yüzlərlə mobil treyler sifariş edib və onları şəhər ətrafındakı xüsusi olaraq tikilib, elektrik və kanalizasiya ilə təchiz edilən meydançalarda yerləşdirib. 6 nəfərin yaşaması üçün nəzərdə tutulan treylerlərin həcmi 15 kvadratmetrdir, onlar 3 səviyyəli yataq, duş kabinəsi, tualet, paltaryuyan maşın, mikrodalğalı və adi soba ilə təchiz ediliblər.

Ən maraqlısı odur ki, Ukrayna qaçqınları üçün nəzərdə tutulmuş treylerlər işğalın az qala rəmzi simvoluna çevrilmiş "Z" hərifləri ilə "bəzədilib". Bəli, əslində komiks dilində "yatmaq/xoruldamaq" mənasına gələn çox sayda "zzzzz" məhz belə assosiasiya yaradır...

Almanlar deyəsən qaçqınları xüsusi olaraq belə treylerlərdə yerləşdirirlər ki, müharibə bitən kimi qoşqu kimi dağıdılmış ərazilərə yollasınlar.
Hans Kloss
AzVision.az