Azərbaycanlı dizaynerin müəllifi olduğu avtomobil Los-Ancelesdə

   Azərbaycanlı dizaynerin müəllifi olduğu avtomobil Los-Ancelesdə
  17 Dekabr 2022    Oxunub:1143
"Hazırda üzərində çalışdığım layihə “Genesis” brendi ilə bağlıdır. Uzun zamandır “X” konsept adlı layihə üzərində işlər icra edirdim. Layihənin 2 avtomobil modeli artıq hazırlanıb, buraya “X coupe” ve “Speedium Coupe” modelləri aiddir".
Bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin marşalı, məşhur avtomobil dizayneri Samir Sadıxov deyib. Bildirib ki, onları təqdim etdikdən sonra dizayn direktorumuz modelin üstü açıq versiyasını hazırlamağımı istədi:

"Bununla da iyul və avqust aylarını yeni dizayn üzərində işlər həyata keçirmək üçün sərf etdim. Rekord dərəcədə qısa zamanda avtomobili dizayn edib, prototipini hazırladıq. Qərara gəldik ki, Los-Anceles bu layihəni təqdim etmək üçün ideal şəhərdir – görkəmli, maraqlı, cəlbedici. Məhz buna görə noyabrda baş tutan “LA avto sərgisi”ndə dizayn müəllifi olduğum avtomobilin təqdimatı həyata keçirildi. Nəticədən son dərəcədə məmnunuq. Ümid edirəm ki, onu bir gün öz yollarımızda görərəm".

AzVision.az



Teqlər:





Xəbər lenti