“İnstagram”da oğurlanan hesablar bərpa olunacaq

“İnstagram”da oğurlanan hesablar bərpa olunacaq
  17 Dekabr 2022    Oxunub:1184
Artıq “İnstagram”da sındırılmış hesablar bərpa oluna biləcək.
Belə ki, başqası tərəfindən oğurlanmış hesabların “Hesabım başqası tərəfindən ələ keçirildi” seçimi ilə geri qaytarılması mümkün olacaq. Yeniləməyə əsasən, istifadəçilər artıq öz hesablarını hakerlərdən və zərərli proqramlardan daha effektli şəkildə qoruya biləcək.

“İnstaqram” bunun üçün hesabınızın istifadəçi adını, qeydiyyatdan keçmiş telefon nömrənizi və ya e-poçt ünvanınızı tələb edəcək. Bu şərtləri düzgün yerinə yetirsəniz, hesabınıza yenidən daxil ola biləcəksiniz.

“İnstagram” hesabınıza girə bilməməyin stresli ola biləcəyini bilirik. Buna görə də istifadəçilərin hesablarını geri qaytarmaları üçün birdən çox seçimə malik olmasını təmin etmək istəyirik”, - deyə yeniləmə ilə bağlı məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti