Pentaqon: "Yadplanetlilərin Yerə gəlməsinə dair sübutumuz yoxdur"

      Pentaqon:    "Yadplanetlilərin Yerə gəlməsinə dair sübutumuz yoxdur"
  17 Dekabr 2022    Oxunub:1922
"ABŞ-ın Müdafiə Nazirliyinin Naməlum Uçan Obyektlər (UFO) üzrə Xüsusi İşçi Qrupu bu yaxınlarda müxtəlif hadisələrlə bağlı bir neçə yüz yeni mesaj alıb. Lakin Pentaqon indiyə kimi yadplanetlilərin Yerə gəlməsinə dair heç bir dəlil və ya hər hansı hadisənin yadplanetlilərlə bağlı olduğunu göstərən faktlar tapmayıb".
AzVision.az xəbər verir ki, bunu cümə günü jurnalistlərə ABŞ müdafiə nazirinin kəşfiyyat üzrə müavini Ronald Maltri deyib.

"Gördüyümüz obyektlərin hər hansı birinin yer üzündən kənar mənşəyə malik olduğunu güman etməyimiz üçün heç bir dəlil tapmamışıq. Mən yadplanetlilərin Yerə səfərinin və ya yadplanetliyə məxsus uçağın qəza etməsini əks etdirən heç bir faktın açkarlanmasını da görmədim", -ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyində yaradılmış xüsusi əməliyyat qrupu müxtəlif naməlum obyektləri tədqiq edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pentaqon  





Xəbər lenti