Müğənni bir müddət səhnəyə çıxa bilməyəcəyini bəyan edib. Bastik bu gün sosial media hesabında bununla bağlı yazıb: "Salam dostlar. İki gün əvvəl pilləkəndən yıxıldıqdan sonra iki onurğa sümüyüm qırıldı. Hazırda sağlıq durumum əməliyyatlıq deyil. Amma sümüklərim bərpa olana qədər, yəni bir müddət korsetdə dincəlməliyəm. Ciddi ağrılarım var. Ancaq sağalacağam. Hələlik konsertlərdə görüşə bilməyəcəyik. Bunun üçün çox üzgünəm... Lütfən hərəkət edəndə sağınıza, solunuza diqqətlə baxın".
Tural Tağıyev
AzVision.az